Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-28,
Seanews
Heyder Eliyev

Türkiyənin üzən elektrik stansiyası istehsalçısı Afrikada genişlənməyi planlaşdırır

Dünyanın ən böyük üzən elektrik stansiyası operatorlarından biri olan “Karpowership” şirkəti yaxın 5 ildə Afrikada genişlənməyi və gücünü iki dəfə artırmağı planlaşdırır.

“Seanews.az” xəbər verir ki, şirkət 8 Afrika ölkəsində fəaliyyət göstərir və Keniya, Nigeriya, Kamerun, Qabon və Anqola da daxil olmaqla daha 15 ölkədə iştirakını genişləndirməyi planlaşdırır.

“Karpowership”-in kommersiya direktoru Z. Xarezinin sözlərinə görə, şirkətin Türkiyə tərsanələrində istehsal olunan gəmilərinin çox qısa müddətdə tikinti prosesi başa çatacaq və şirkət elektrik enerjisinə ehtiyacı olan ölkələrə daha sürətli həllər təklif edə biləcək.

“Karpowership”-in donanması gücü 6 QVt olan 36 gəmidən ibarətdir. Bundan əlavə, “Karpowership” Yaponiyanın “MOL”, “KARMOL” şirkəti ilə birgə üzən anbar və qazlaşdırma qurğularına malikdir. Şirkət gəmilərini əsasən kəskin enerji çatışmazlığı yaşayan ölkələrə göndərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır