Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

oniyada neft tankeri körpüyə g

Yaponiyada “Cebi” fırtınası nəticəsində nəzarətdən çıxan bir neft tankeri Kansay Beynəlxalq Hava Limanını Osakadakı İzumisano şəhərinə bağlayan körpüyə dəyib.   “Seanews.az” xəbər verir ki, hadisə zamanı gəminin içərisində 11 heyət üzvü olub. Ölən və yaralananın olmadığı bildirilir. Gəmi qəzası hava limanına gedən avtomobil və dəmiryolundan istifadə edənlərə də çətinlik yaradıb. Nəticədə 3 minə yaxın insan Kansay Beynəlxalq Hava Limanında gecələməyə məcbur olub. Bu sabah Tayfunun təsirləri bir qədər azalıb. Gəcəni hava limanında keçirən sərnişinlərin bərələrlə daşınmasına başlanıb. Qeyd edək ki, bu, son 25 ildə Yaponiyada baş vermiş ən güclü fırtına sayılır. Təbii fəlakət zamanı 11 nəfər ölüb, xəsarət alanların sayı isə 500 nəfərdən çoxdur.  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır