Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Vyetnamın ən böyük gəmiqayırma zavodu borc içindədir

Vyetnamın ən böyük dövlət gəmiqayırma zavodu, əvvəllər “Vinashin” kimi tanınan “SBIC” və onun yeddi törəmə şirkəti borc içindədir.

“Seanews.az” bu barədə “Maritime Executive” saytına istinadən xəbər verir.

Vyetnam Nəqliyyat Nazirliyində bildirilib ki, müflisləşmə qaçılmazdır, çünki müəssisənin yenidən qurulması üçün çoxsaylı cəhdlər uğursuz alınıb. “SBIC”-nin borcu şirkətin ümumi aktivlərini üstələyir.

 “Təxminən 10 ildir ki, Vyetnamın dövlətə məxsus gəmiqayırma sənayesi, yanlış idarəetmə və xərclərin aşılması səbəbindən tənəzzülə uğrayıb. 2010-cu ildə keçmiş “Vinashin” müflis olub və 2013-cü ildə “SBIC” olaraq yenidən qurulub. Hazırda “SBIC”-nin gəmiqayırma fəaliyyəti heç bir qazanc gətirmir, buna görə də maliyyə öhdəliklərini yerinə yetirməkdə çətinliklər yaranıb”, - “Maritime Executive” yazır.

Qeyd edək ki, 1999-2007-ci illər arasında Vyetnam gəmiqayırma sənayesi dünyada beşinci yerdə olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır