Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

BƏƏ öz limanlarına Kamerun bayraqlı gəmilərin girişini məhdudlaşdıracaq

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ölkənin liman infrastrukturuna girişdən istifadə edə bilməyəcək bayraq dövlətlərinin siyahısını genişləndirib: siyahıya Kamerun daxil edilib.

“Seanews.az” xəbər verir ki, bu barədə məlumat Füceyrə limanının saytında yerləşdirilib.

Siyahıda Kamerundan başqa, Albaniya, Beliz, Şimali Koreya, San-Tome və Prinsipi, Tonqa, Konqo, Qvineya və Tanzaniya da var. Bu ölkələrin bayraqları ilə üzən gəmilər IACS və ya BƏƏ Təsnifat Cəmiyyətinin (Tasneef) üzvü olan hər hansı bir cəmiyyət tərəfindən təsnif edilməlidir. Əks halda, onların BƏƏ-nin ərazi sularına girişinə icazə verilməyəcək, yükləmə-boşaltma əməliyyatları həyata keçirmək üçün liman infrastrukturundan istifadə edə bilməyəcəklər və s.

Sənəddə Birləşmiş Ərəb Əmirliklərindəki bütün daşıma şirkətləri və gəmi agentlərindən qanuni məsuliyyətdən qaçmaq üçün bu sirkulyarlara uyğun gəlməyən gəmilərə xidmət göstərməmələri xahiş olunur.

“Bloomberg”-in məlumatına görə, son bir ildə Kamerun bayrağı altında üzən gəmilərin sayında artım müşahidə olunub. Eyni zamanda, 2023-cü ilin ortalarında Kamerun gəmiləri beynəlxalq limanlara girərkən təhlükəsizlik yoxlamalarından yan keçmək meyliliyi ilə tanınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır