Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yaponiyanın balıqçılıq limanları silsilə zəlzələlərdən zərər görüb

Yaponiya dənizinin sahilindəki Noto yarımadasında yerləşən balıqçılıq limanlarının 80%-dən çoxu bölgədə baş verən silsilə zəlzələlər nəticəsində zərər görüb.

“Seanews.az” xəbər verir ki, bu barədə İşikava prefekturasının hakimiyyət orqanları məlumat yayıb.

Qeyd olunur ki, yerli xilasetmə xidmətləri bərpa işlərinə başlayıb, lakin dəymiş ziyanın həcmi ilə bağlı məlumatların toplanması davam edir.

Yanvarın 1-dən Yaponiyada 1200-dən çox zəlzələ baş verib. Bu, son 3,5 ildə ölkədə baş verən təkanların ümumi sayından çoxdur. Yapon seysmoloqlarının fikrincə, 7,6 bal gücündə qeydə alınan zəlzələ müvafiq statistikanın aparılmağa başladığı 1885-ci ildən bəri bu bölgə üçün ən güclü zəlzələ olub.

Təbii fəlakət nəticəsində 232 nəfər həlak olub, 22 nəfər itkin düşmüş hesab olunur. Xəsarət alanların sayı 1 mini keçib. Bundan başqa, 29,5 minə yaxın ev tamamilə və ya qismən dağılıb, 7,8 minə yaxın bina elektrik enerjisiz qalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır