Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“CMA CGM” xətti gəmiçiliyi logistika operatoru “Wincanton”-u alır

Fransanın “CMA CGM” gəmiçilik qrupu nəqliyyat əməliyyatlarını şaxələndirmək üçün milyarder Saade ailəsinin aktivlərindən biri olan “Wincanton Plc” (Böyük Britaniya) logistika şirkətini alacaq.

“Seanews.az” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi şirkətin bəyanatına istinadən məlumat yayıb. 

Dünyanın üçüncü böyük xətti gəmiçilik şirkəti olan “CMA CGM” “Wincanton”-un səhmlərini təxminən 719 milyon dollara alacaq. Müqavilə, “CMA CGM”-nin Marseldəki törəmə şirkəti olan “CEVA Logistics” vasitəsilə bağlanıb.

Qeyd olunur ki, bu alış “CEVA”-nın Böyük Britaniyada genişlənməsinin bir hissəsidir. Son illərdə “CMA CGM” Qrupunun Baş direktoru və İdarə Heyətinin sədri Rudolf Saade xüsusən də liman yüklərinin aşırılması və logistika seqmentində fəal şəkildə biznesin genişləndirilməsi siyasəti həyata keçirir, eləcə də media aktivlərini artırmaqla məşğuldur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır