Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

İtaliya Misirlə dəniz nəqliyyatı xəttini işə salır

İtaliya Misirlə dəniz nəqliyyatı xəttini işə salır. Yük daşınması üçün yeni gəmi xətti İtaliyanın şimal-şərqindəki Triest limanlarını və Nil deltasında (Qahirədən təxminən 200 km şimalda) yerləşən Misirin Dumyat limanlarını birləşdirəcək.

“Seanews.az” xəbər verir ki, müvafiq saziş Misirin paytaxtında imzalanıb. Marşrutun açılması təkcə Misirlə deyil, bütün Afrika qitəsi ilə ticarəti artırmağa kömək edəcək.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: Bu, həmçinin İtaliya tədarük zənciri üçün Misirdə ərzaq və tekstil kimi prioritet sektorlarda yeni investisiya imkanlarının açılmasına xidmət edəcək. Marşrut Misirin strateji coğrafi mövqeyinə görə təkcə Misirin deyil, həm də Afrika və Yaxın Şərq bazarlarına asanlıqla daxil olmaq imkanı təqdim edir."

Mətbuat xidməti xatırladıb ki, bu işlər Afrika ölkələrinin inkişafına, o cümlədən miqrasiya axınının qarşısının alınmasına yardımı nəzərdə tutan milli “Mattei Planı” konsepsiyası çərçivəsində gerçəkləşdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır