Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Yaponiya şirkəti Çinin gəmiqayırma zavoduna iki yükdaşıyıcının tikintisini sifariş verib

Çinin “New Dayang Shipbuilding” gəmiqayırma zavodu Yaponiyanın “Kasuga Shipping” şirkətindən dedveyti 64,1 min ton olan “CROWN63 Plus” sinifli iki yükdaşıyıcının tikintisi üçün ilk sifarişini alıb.

“Seanews.az” gəmiqayırma şirkətlərinə nəzarət edən “SUMEC Marine”-yə istinadən xəbər verir ki, Çin tərsanəsinin əsas məhsulu dedveyti 63 min ton olan yükdaşıyıcıdır. Gəmiqayırma şirkəti bu gəmilərin yüzdən çoxunu artıq istismara verib. Bundan əlavə, o, modernləşdirilmiş 62 gəminin (“CROWN63 Plus”) tikintisi üçün müqavilələr imzalayıb.

Maraqlıdır ki, bu sifarişdən əvvəl Yaponiyanın “Kasuga Shipping” şirkəti öz gəmilərini Yaponiyanın yerli tərsanələrində inşa edirdi. “SUMEC Marine” bu müqaviləni Yaponiya bazarında sıçrayış hesab edir.

Qeyd edək ki, bu il “SUMEC Marine” orta ölçülü quru yük gəmiləri üzrə ixtisaslaşmağı planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır