Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

nubi Koreya ilk yerli sualtı gəmisini təqdim

Cənubi Koreyanın ilk yerli sualtı gəmisinin təqdimatı olub. Ölkənin müstəqillik savaşçısı Dosan Ahn Cang-honun adını daşıyan gəminin təqdimat mərasimi  Geoje adasında baş tutub. “Seanews.az” xəbər verir ki, təqdimatda ”Daewoo” Gəmiçilik və Gəmi Mühəndisliyi şirkətinin əməkdaşları, hərbçilər və hökumət nümayəndələri iştirak ediblər.   “Dosan Ahn Cang-ho” orta sinif sualtı gəmisinin istehsalı zamanı ən müasir texnologiyalardan istifadə olunub. Dənizaltı bütün təhdidlərə cavab vermək imkanındadır. 8,3 metr uzunluğa,  9,6 metr enə malik gəmidə ballistik raketlər üçün 6 vertikal fırlatma borusu var. 20 gün fasiləsiz dənizin altında qala bilən  “Dosan Ahn Cang-ho” 50 nəfər heyət daşıyır. “Dosan Ahn Çang-ho” nun sınaqlardan sonra 2020-ci ilin dekabrında istismara verilməsi gözlənilir.   


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır