Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

2023-cü ildə gözləniləndən daha az konteyner gəmisi təkrar emala göndərilib

2023-cü ildə dünyada ümumi tutumu 167 min TEU olan 87 konteyner gəmisi doğranıb.

“Seanews.az” xəbər verir ki, bu barədə  “Alphaliner”-in hesabatında qeyd olunub.

Hesabata bildirilir: "Üç il əvvəl konteyner gəmilərinin təkrar emalı bazarında aktivlik yox idi, çünki sahibləri yüksək tələbat və rekord yükdaşıma tarifləri səbəbindən köhnə gəmilərdən xilas olmağa tələsmirdilər. 2023-cü ildə ləğv edilən konteyner gəmilərinin sayı gözləniləndən xeyli az idi və hazırda qlobal konteyner daşıma bazarının üzləşdiyi həddən artıq tutum problemini həll etmək üçün kifayət etməyib."

2024-cü ildə ümumi tutumu 375 min TEU olan konteyner gəmiləri utilizasiya ediləcək ki, bu da ümumi tutumu 414 min TEU olan konteyner gəmilərinin ləğv edildiyi 2017-ci ildən bəri ən yüksək göstərici olacaq.

"Hazırda yaşı 20-dən yuxarı olan köhnə konteyner gəmilərinin ümumi tutumu təxminən 3 milyon TEU-dur, beləliklə, bu köhnə konteyner gəmilərinin çoxu yaxın gələcəkdə işləməyə davam etsə belə, kifayət qədər gəmi doğranacaq”, - deyə “Alphaliner” qeyd edir.

Mütəxəssislərin fikrincə, "müasir, enerjiyə qənaət edən konteyner donanmasının inkişafı, tələbatın azalması və həddindən artıq yükdaşıma qabiliyyəti fonunda tariflərin aşağı düşməsi son nəticədə gəmi sahiblərini köhnə gəmilərdən imtina etməyə inandıra bilər.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır