Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Beynəlxalq Gəmiçilik Palatası bayraq dövlətlərinin göstəricilərini dərc edib

Beynəlxalq Gəmiçilik Palatası (ICS) 2023-2024-cü illər üçün “Gəmiçilik sənayesi: bayraq dövlətləri və onların fəaliyyəti” (Shipping Industry/ Flag State /Performance Table) cədvəlini dərc edib.

“Seanews.az” xəbər verir ki, əvvəlki illərdə olduğu kimi, bir sıra bayraqlı dövlətlər - Bermud, Kayman adaları, Danimarka, Yunanıstan, Honkonq, Yaponiya, Liberiya, Malta, Marşal adaları, Norveç, Portuqaliya, Sinqapur və Böyük Britaniya cədvəldə istifadə olunan bütün meyarlar üzrə müsbət göstəricilər nümayiş etdirib. Rusiya Federasiyası cədvəldəki bütün 18 bənddə demək olar ki, (“USCG Qualship 21” sertifikatı istisna olmaqla) müsbət göstəricilərə malikdir.

Bununla belə, bir sıra bayraq dövlətlərində (Toqo, Əlcəzair və Komor adaları daxil olmaqla) çoxlu sayda mənfi göstəricilər var. Bu, o deməkdir ki, gəmi sahibləri və operatorları müəyyən bir dövlətin bayrağı altında gəmiləri qeydiyyata almaq qərarına gəlməzdən əvvəl həmin dövlətlərin reytinqlərini yoxlamalı və göstəricilərini qiymətləndirməlidirlər.

Kosta-Rika, Misir, Meksika və Tayland da daxil olmaqla bir sıra kiçik bayraqlı dövlətlər əvvəlki dövrlə müqayisədə müsbət göstəricilərin sayında artım nümayiş etdirirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır