Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Qazaxıstan Aİ ilə Xəzər dənizindəki limanların etibarlı idarəçiliyə verilməsini müzakirə edib

Qazaxıstan Nəqliyyat Nazirliyinin rəhbəri Marat Karabayev Avropaİttifaqının nəqliyyat üzrə komissarı Adina Valyan ilə görüşüb.

“Seanews.az” Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Qazaxıstan və Avropanın nəqliyyat potensialının inkişafının əsas məsələləri müzakirə edilib. Tərəflər Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı sahəsində əməkdaşlığa xüsusi diqqət yetiriblər.

Görüş iştirakçıları həmçinin infrastrukturun və terminal şəbəkəsinin inkişafı ilə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun tam yüklənməsi üçün Aİ ilə sazişin imzalanması, habelə Qazaxıstan üçün icazəsiz vahid forma sisteminin tətbiqi imkanlarını müzakirə ediblər.

Bundan başqa, danışıqlarda dəniz donanmasının gücləndirilməsi və Xəzər dənizində konteyner qovşağının yaradılması məqsədilə Aktau və Kurık limanlarının “ship-or-pay” prinsipi əsasında etibarlı idarəetməyə verilməsi məsələlərinə də toxunulub.

Qeyd edək ki, ötən ilin noyabrında Marat Karabayev Qazaxıstanın iki əsas limanı vasitəsilə ammonyak və hidrogenin Avropaya daşınmasına dair sazişlər bağlamağa hazır olduğunu bildirmişdi.

Bundan əvvəl Qazaxıstanın Aktau və Kurık limanları əsasında iri nəqliyyat-logistika klasteri yaratmaq planları barədə məlumat verilmişdi.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır