Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Rotterdam limanı 2035-ci ilə qədər konteyner dövriyyəsinin 8 milyon TEU artmasına nail olmağı hədəfləyib

Martın 1-dən etibarən Hanna Stelzel Rotterdam Limanı Administrasiyasının ticarət departamentinin konteyner direktoru vəzifəsini yerinə yetirəcək.

“Seanews.az”-ın Rotterdam Liman Administrasiyasına  istinadən verdiyi məlumata görə, o, bu vəzifədə Hans Nahtealı əvəz edəcək.

H.Stelzel 2018-ci ildən Rotterdam Limanı Administrasiyasında  müxtəlif vəzifələrdə işləyib. Bundan əvvəl o, Almaniyada avtomobil sənayesi, logistika və rəqəmsallaşma sahəsində çalışıb.

H.Stelzel yeni vəzifəsində Rotterdam vasitəsilə səmərəli və ekoloji cəhətdən təmiz konteyner aşırılmasının təmin edilməsinə diqqət yetirəcək.

Qeyd edək ki, Rotterdam limanı 2035-ci ilə qədər konteyner dövriyyəsinin 8 milyon TEU artmasına nail olmağı hədəfləyib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır