Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Tayvanın “Wan Hai” gəmiçilik şirkəti “Hapag-Lloyd”u əvəz edə bilər

Tayvanın “Wan Hai” gəmiçilik şirkəti “ONE”, “HMM və “Yang Ming”-in də daxil olduğu “THE Alliance”-də “Hapag-Lloyd”u əvəz edə bilər.

“Seanews.az” xəbər verir ki, belə açıqlama ilə “Yang Ming Marine Transport” şirkətinin keçmiş sədri Bronson Se çıxış edib.

Xatırladaq ki, yanvarın 17-də “Hapag-Lloyd” şirkəti “THE Alliance”-dan çıxdığını və “Maersk” ilə yeni “Gemini Cooperation” alyansının yaradıllacağını, “MSC” ilə “2M” alyansı çərçivəsində birgə işi dayandıracağını bildirib.

“Bronson Se “2M” alyansının dağılmasının və “Hapag-Lloyd”-un “THE Alliance”-dən çıxmasının digər birliklərin yenidən qurulmasına səbəb olacağı fikri ilə razılaşır”, - nəşr yazır.

Hazırda “Wan Hai” dünyanın 11-ci ən böyük konteyner daşıyıcısıdır. Ümumilikdə bu xəttin daşıma qabiliyyəti 592 min TEU-dur.

“Əgər “Wan Hai” Avropada xidmətləri bərpa etsə, ola bilsin ki, “THE Alliance”-yə qoşulmaq üçün dəvət alsın. 10-cu ən böyük konteyner xətti olan İsrailin “ZIM Line” şirkəti Qırmızı dəniz bölgəsindəki vəziyyəti nəzərə alsaq, çətin ki, hər hansı bir alyansa daxil olsun”, - deyə B. Se ehtimalını dilə gətirib.

“THE Alliance” üzvlərinin imzaladığı əməkdaşlıq müqaviləsi 2030-cu ilə qədər qüvvədədir. “Hapag-Lloyd” çıxdıqdan sonra “ONE” ən böyük üzvü kimi qalacaq və alyansın işləməyə davam edib-etməyəcəyi ondan asılı ola bilər”, - “Container News” yazır.

“Wan Hai” ilk növbədə Asiyadaxili daşıyıcıdır. Şirkət pandemiya zamanı yükdaşıma tariflərinin pik nöqtəsində transpasifik xidməti bərpa etdi. Lakin 2022-ci ilin ortalarında “Wan Hai”-nin qazancı azaldı. Analitiklər hesab edirlər ki, “Wan Hai” şirkəti “THE Alliance”-ya qoşulmaqla öz mənfəətini artıra bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır