Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Göteborq limanının konteyner dövriyyəsi artıb

İsveçin Göteborq limanının konteyner dövriyyəsi 2023-cü ildə əvvəlki illə müqayisədə 3% artaraq 914 min TEU təşkil edib.

“Seanews.az” xəbər verir ki, bu barədə liman administrasiyasının illik hesabatında bildirilir.

Ötən il limanın 403 illik tarixində ən yaxşı il olub. Hesabatda deyilir ki, 2023-cü ildə geosiyasi çətinliklərə, inflyasiyanın yaratdığı iqtisadi tənəzzülə və faiz dərəcələrinin artmasına baxmayaraq, əksər yük seqmentlərində artım qeydə alınıb.

İsveçdəki bütün konteyner axınlarının 57%-i Göteborq limanının payına düşür və bu həcmin böyük hissəsi “APM Terminals”-ın terminallarında işlənilir. Digər İsveç limanları ilə müqayisədə Göteborq 2023-cü ildə bazar payını 53%-dən 57%-ə yüksəldib. Eyni dövr ərzində Avropanın ən böyük limanlarının bir çoxu yük həcminin 5-10%-ni itirib.

Ro-Ro yüklərinin Avropadaxili daşınması 2023-cü ildə 4% azalıb ki, bu da idxalın azalması ilə əlaqədar olub, Ro-Ro yüklərinin ixracı isə 2022-ci ildə olduğu kimi, demək olar ki, eyni səviyyədə qalıb.

Yeni avtomobillərin aşırılması il ərzində 13% artaraq 267 min ədədə, enerji ehtiyatlarının işlənməsi 17% azalaraq 18,4 milyon tona çatıb.

Hesabat ilində limanda  439 min ton toplu yüklər (+17%) aşırılıb.

2023-cü ildə kruiz sərnişin axını 45% artaraq 118 min nəfərə çatıb ki, bu da Göteborq limanının tarixində ən yüksək illik göstəricidir. İl ərzində limana 81 kruiz gəmisi yan alıb. Bərə xətlərində sərnişinlərin sayı 7% artaraq 1,4 milyon nəfərə yaxın olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır