Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Qazaxıstan və Rumıniya Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı üzrə əməkdaşlıq haqqında razılığa gəliblər

Qazaxıstan və Rumıniyanın Nəqliyyat nazirlikləri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafı üzrə tərəflər arasında əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumu imzalayıblar.

“Seanews.az” xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstanın nəzliyyat idarəsinin rəhbəri Marat Karabayev Buxarestdə Rumıniyanın Nəqliyyat və İnfrastruktur Nazirliyinin rəhbəri Sorin Qrindeanu ilə görüşüb. Onlar nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər. Marat Karabayev xüsusilə Qara dənizlə Avropanın böyük hissəsi arasında yerləşən Rumıniyanın Transxəzər nəqliyyat dəhlizinin potensialının açılmasında mühüm rolunu qeyd edib.

“Biz tranzit yük axınlarının həcmini qarşılıqlı artırmaq üçün əməkdaşlığı daha da gücləndirməyə və multimodal nəqliyyat və logistika prosesləri sahəsində qabaqcıl təcrübələri mübadilə etməyə hazırıq. Qazaxıstan və Rumıniyanın beynəlxalq nəqliyyat dəhlizinin inkişafına dair beynəlxalq sazişin tərəfləri olduğunu nəzərə alsaq, biz bu dəhliz üzrə daşımalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsində də maraqlıyıq”, - deyə Marat Karabayev bildirib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır