Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Husilərin hücumları fonunda Süveyş kanalının gəlirləri iki dəfə azalıb

Yanvar ayında Yəmən husilərinin gəmilərə hücumları fonunda Süveyş kanalının gəlirləri təxminən yarıya qədər azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Misirin ON telekanalının efirində Su Şəbəkəsi Administrasiyasının rəhbəri Usamə Rabia bildirib.

O deyib ki, illik gəlir 46 faiz azalıb. “Keçən ilin yanvarında gəlirlər 804 milyon dollar, bu il isə 428 milyon dollar olub”, - deyə Rabia izah edib. Bir ayda kanaldan keçən gəmilərin sayı isə 2023-cü ilin yanvar ayı ilə müqayisədə 36 faiz azalıb.

2023-cü ilin noyabrında Yəmənin şimalında husilər İsraillə əlaqəli bütün gəmilərə hücum edəcəklərini və onların Qırmızı dəniz sularından keçməsinə icazə verməyəcəyini açıqlamışdı. Husilər öz hərəkətlərini “Qəzza zolağındakı təcavüzə” cavab adlandırıblar. O vaxtdan bəri bölgədəki bir neçə ticarət və hərbi gəmi raket hücumlarına məruz qalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır