Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Ən böyük gəmiçilik xətlərinin cədvələ riayət etmə dəqiqliyi aşağı düşüb

2023-cü ilin dekabr ayı ərzində dünyada gəmilərin hərəkət cədvəllərinin etibarlığında azalma baş verib. Dekabrda faiz dərəcəsi azalaraq 56,8%-ə düşüb. Bu da 2021-ci ilin fevralından bəri ən böyük aylıq azalma və bütün keçən ilin ikinci ən aşağı düşməsidir.

"Seanews.az" xəbər verir ki, belə məlumatlar “Sea-Intelligence” tərəfindən əsas beynəlxalq gəmiçilik xətlərinin (GLP) fəaliyyəti haqqında hesabatda dərc edilib.

Cədvəlin dəqiqliyinin pozulması Qırmızı dəniz və Bab əl-Məndeb boğazında böhranın kəskinləşməsi fonunda baş verib. 2023-cü ilin dekabrında cədvəlin etibarlığı 2022-ci ilin dekabr ayı ilə müqayisədə cəmi 0,4 faiz yüksək olub. Afrika ətrafında gəmilərin marşrutunun dəyişdirilməsi ilə əlaqədar olaraq, orta gəmi gecikmələri ayda 5,35 günə qədər artaraq pisləşib.

“Sea-Intelligence”-ə görə, “Evergreen” şirkəti 2023-cü ilin dekabrında 63,6% ilə 13 ən böyük xətti gəmiçilik arasında ən etibarlısı olub. Sonra “CMA CGM” gəmiçilik qrupu gəlir. Hər iki gəmiçiliyin etibarlıq səviyyəsi 60%-dən yuxarı olub. Altı xətti gəmiçiliyin cədvəl dəqiqliyi 50-60%, qalan beş daşıyıcının cədvəl dəqiqliyi isə 40-50% olub. 2023-cü ilin dekabrında “Yang Ming” 45,6% ilə ən az etibarlı daşıyıcı kimi qeydə alınıb.

Cənubi Afrika ətrafında daha uzun səfər müddətinə görə, 13 ən böyük konteyner daşıyıcısından heç biri əvvəlki ayla müqayisədə yaxşı nəticəyə nail olmayıb. Yalnız dörd daşıyıcı əvvəlki illə müqayisədə nəticələrini yaxşılaşdırıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır