Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Birdon America Inc.” tərsanə alıb

Birdon America Inc.” (Kolorado, ABŞ) şirkəti alüminium gövdəli gəmilər inşa edən Amerikanın “Metal Shark Boats” tərsanəsini alıb. Şirkət Bayou La Batredə (Alabama) təxminən 13 hektar ərazidə yerləşir.

Bu barədə “Birdon America Inc”-in mətbuat xidməti məlumat yayıb.

Aktivin alınması “Birdon” şirkətinə bütün Birləşmiş Ştatlarda gəmiqayırma və gəmi təmirini genişləndirməyə və Amerika Birləşmiş Ştatlarının Sahil Mühafizəsi ilə 27 yeni gəmi layihələndirmək və tikmək üçün 1,2 milyard dollarlıq müqavilə bağlamağa imkan verəcək.

Müqavilənin şərtlərinə əsasən, “Metal Shark”-in personalı “Birdon”a keçəcək və gəmi təmiri sifarişlərini yerinə yetirməyə davam edəcək. “Birdon” gəmiqayırma zavodunun infrastrukturuna əhəmiyyətli kapital sərmayəsi planlaşdırır ki, bu da texnoloji innovasiyaları sürətləndirəcək və regionda iqtisadi artımı dəstəkləyəcək. Bunun birbaşa nəticəsi yaxın iki il ərzində ərazidə 300 yeni iş yerinin yaradılması olacaq.

Qeyd edək ki, “Metal Shark Boats” müasir tərsanədir. Uzunluğu 90 metrədək olan polad və alüminium gövdəli gəmilərin tikintisi üçün bütün lazımi avadanlıq və texnikaya malikdir. Gəmiqayırma zavodunun ABŞ-ın Meksika körfəzinə çıxışı var.

“Seanews.az”

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır