Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

toriya gölündəki gəmi qəzasından üç gün sonra möcüzəli qurtu

Tanzaniyada Viktoriya gölündə cümə axşamı batan sərnişin bərəsində xilasetmə işləri davam edir. Axtarışın üçüncü günündə dalğıclar bir nəfəri sağ tapıblar. “Seanews.az” xəbər verir ki, xilasedicilər həmin şəxsi xəstəxanaya çatdırıblar. Aidiyyatı qurumlar onun səhhəti ilə bağlı hələlik bir açıqlama verməyiblər. Sağ qalan sərnişinlərdən biri Çarles Nqarima qəza anında gəminin çox sürətli şəkildə çevrildiyini bildirib: “Bir anda gəminin altında qaldıq. Hara gedəcəyimi bilmədən üzməyə başladım, şans üzümə güldü”. Qəzadən sağ çıxan Cenifer İdhoze isə gəmi çevrilmədən öncə suya atlandığını və özünü qurtardığını deyib. Qeyd edək ki, qəza nəticəsində ölənlərin sayı 225 nəfərə çatıb. Bəzi məlumatlara görə, hadisə zamanı gəmidə 400 nəfərdənçox sərnişin olub. Prezident Con Maqufuli qəza ilə əlaqədar ölkədə 4 günlük matəm elan edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır