Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Süveyş kanalından keçən illik yük daşımalarının 60%-dən çoxu indi başqa marşruta yönəldilib

Əvvəllər Süveyş kanalı ilə daşınan dəniz yüklərinin həcminin 60%-dən çoxu hazırda Qırmızı dənizdəki gərginliyə görə Cənubi Afrikadan keçir.

“Seanews.az” xəbər verir ki, bunu Beynəlxalq Dəniz Təşkilatının (IMO) rəhbəri Arsenio Dominqes “Agence France-Presse”-yə müsahibəsində deyib.

"Süveyş kanalından keçən illik yük daşımalarının 60%-dən çoxu indi Afrikanın cənubundan keçir", - Dominqes bildirib.

Bununla bağlı IMO rəhbəri gəmi sığortasının bahalaşması, yanacağın qiymətinin artması və dənizçilərin iş yükünün çoxalmasına diqqət çəkib.

Daha əvvəl bildirilmişdi ki, Süveyş kanalı ilə daşınmalar “Ever Given” konteyner gəmisinin 2021-ci ildə kanalı bağlamasından bəri ən aşağı səviyyəyə düşüb.

Yükdaşımanın azalması Afrika sahillərində, xüsusən də Qırmızı dənizdə gəmilərə hücumların artması fonunda baş verir. Riskli vəziyyət daşıyıcıları Ümid burnu ətrafında daha uzun, lakin daha təhlükəsiz marşrut seçməyə məcbur edir.

Onu da xatırladaq ki, Qırmızı dənizdə ticarət gəmilərinə edilən son hücumlar dəniz yüklərinin daşınması tariflərini artırıb. Böyük konteyner daşıyıcıları məcburiyyətdən Afrika qitəsi ətrafında marşrutdan istifadə edirlər. Bu, Asiyadan Avropaya çatdırılma müddətinin 7 gündən 20 günə qədər uzanmasına, həmçinin qiymətlərin artmasına səbəb olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır