Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

toriya gölündə baş verən gəmi qəzasında ölənlərin sayı ar

Tanzaniyada Viktoriya gölündə sərnişin daşıyan bərə gəmisinin aşması nəticəsində ölən insanların sayı 136-ya çatıb. İtkin düşən yüzlərlə şəxsin axtarışı hələ də davam etdirilir. Bu barədə yerli “Reuters” agentliyi Tanzaniya polisinə istinadən məlumat yayıb. 44 cəsəd gəmi aşandan dərhal sonra, digərləri isə bu gün səhər saatlarında axtarış-xilasetmə əməliyyatları bərpa edildikdən sonra aşkarlanıb. Xatırladaq ki, ötən gün Tanzaniya, Uqanda və Keniyanın arasında yerləşən Viktoriya gölündə “Nyerere” bərə gəmisi Yukora adası yaxınlığında aşıb. “France-Presse” xəbər verib ki, gəminin göyərtəsində 200 nəfər olub, bu da onun tutum imkanlarından 2 dəfə çoxdur. Yerli məmurlar isə gəmidəki sərnişinlərin 400-dən çox olduğunu bildiriblər. Həmçinin, gəmidə digər yüklər – qarğıdalı torbaları, banan və sement də daşınıb ki, nəticədə ağırlığa dözməyən gəmi çevrilib. Azvision.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır