Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-22,
Seanews
Heyder Eliyev

Türkiyə Hərbi Dəniz Qüvvələri Somalinin ərazi sularını qoruyacaq

Türkiyə Hərbi Dəniz Qüvvələri Somalinin quru sularını 10 il qoruyacaq.

“Report”un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Somali prezidenti Həsən Şeyx Mahmud ölkə parlamenti tərəfindən Türkiyə ilə müdafiə və iqtisadi əməkdaşlıq haqqında çərçivə sazişinin təsdiq edilməsindən sonra jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, saziş terrorizm, xarici təhdidlər, dəniz quldurluğu və qeyri-qanuni balıq ovu ilə mübarizə, sahillərin müdafiəsi və dəniz ehtiyatlarının inkişafı kimi sahələrdə əməkdaşlığı əhatə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır