Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“MSC” konteyner bazarında ən böyük paya malikdir

2025-ci ildə “MSC” və “Maersk” gəmiçilik şirkətləri “2M” alyansındakı 10 illik ortaqlığını dayandıracaqlar. Son illərdə bu şirkətlər çox fərqli yollarla inkişaf edib.

“MSC” həm yeni tikililər, həm də təkrar bazarda gəmilərin alınması yolu ilə yüksək həcmdə tonaj toplayıb. “Maersk” isə inteqrator logistikası strategiyası həyata keçirib.

Bu barədə “Seanews.az” “Alphaliner”-in məlumatlarına istinadən xəbər verir.

Həm “MSC”, həm də “Maersk”-in daşıma qabiliyyəti 4 milyon ilə 4,4 milyon TEU arasında idi. Bununla belə, “MSC” hazırda Danimarka daşıyıcısını da xeyli arxada qoyaraq, 6 milyon TEU konteyner daşıma imkanı ilə liderə çevrilib. “MSC”-nin dünya konteyner bazarındakı payı hazırda 19,9% təşkil edir.

“2022-ci ilin yanvarında “MSC” şirkəti “Maersk”-i 25 il qoruya bildiyi konteyner xətləri reytinqində bir nömrəli mövqedən kənarlaşdırdı. Sifariş portfelini nəzərə alsaq, o zaman Fransanın “CMA CGM” şirkəti indi “Maersk”-dən daha böyük sifarişə malikdir”, - “Alphaliner” aydınlaşdırır.

“Bu liderliklə bağlı ən vacib şey odur ki, “MSC” birinciliyə yalnız üzvi artımla nail olub və daha da güclənmək imkanı tükənməyib”, - deyə “Vespucci Maritime” konsaltinq şirkəti bildirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır