Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“CMA CGM”-nın ən böyük alış əməliyyatı 4,8 milyard avroya başa gəlib

Fransanın “Bollore” şirkətlər qrupu və “CMA CGM” nəqliyyat və logistika qrupu “Bollore Logistics”-in səhmlərinin 100%-i üçün alqı-satqı prosedurunu başa çatdırıb. “Bollore Logistics”-in İsveç bölməsinin “CMA CGM” qrupuna ötürülməsi İsveç hakimiyyət orqanlarından xarici investisiya üçün icazənin alınmasından asılıdır.

“Seanews.az” xəbər verir ki, bu barədə “CMA CGM”-nin mətbuat xidməti məlumat yayıb.

Əməliyyatın dəyəri 4,8 milyard avrodur. Bu, 1978-ci ildə qrupun yaranmasından bəri “CMA CGM”-nin ən böyük alışıdır.

Rudolf Saadenin rəhbərlik etdiyi “CMA CGM Group” dünyanın üçüncü ən böyük konteyner daşıyıcısıdır. O, 500-dən çox gəmidən ibarət donanmanı idarə edir. Qrupun gəmiləri dünyanın 200 xəttində 420-dən çox limana səfər edir.

Fransanın “Bollore Logistics SE” şirkəti “Bollore” qrupuna daxil olan “Bollore Transport&Logistics”-in bölməsidir və dünya üzrə nəqliyyat, ekspeditorluq və logistika xidmətlərini (dəniz, hava və quru daşımaları) təmin edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır