Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Holding Finance Broker” Hindistanda nümayəndəliyini açıb

Multimodal və konteyner daşımaları sahəsində beynəlxalq şirkət olan “Holding Finance Broker” Mumbayda (Hindistan) öz nümayəndəliyini açıb.

“Seanews.az” xəbər verir ki, yeni ofis tərəfindən həyata keçiriləcək daşımalarda Rusiya idxalının gözlənilən payı 70%, Rusiyadan ixrac isə 30% təşkil edəcək.

Əsas idxal-ixrac marşrutları Hindistanın Mundra limanından Süveyş kanalı ilə Novorossiysk limanına qədər uzanacaq. Bundan əlavə, Rusiya, Hindistan, İran və qonşu ölkələr arasında və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi  üzrə daşımalar Hindistan ofisi vasitəsilə həyata keçiriləcək.

“Yaxın 3-5 il ərzində beynəlxalq nəqliyyat marşrutları ilə yükdaşımalarda xeyli artım gözlənilir. Çin, Hindistan, İran və Fars körfəzinin digər ölkələri, eləcə də Afrika istiqamətləri üzrə daşıma yüksək tələbatda qalmaqda davam edir”, – “Holding Finance Broker” -in baş direktoru Tatyana Kulyabina bildirib. O, əlavə edib ki, yeni ofis şirkətin qlobal strukturuna inteqrasiya olunub.

Qeyd edək ki, “Holding Finance Broker” nəqliyyat və logistika şirkətidir və  20 ildən artıqdır fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır