Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Antverpen-Brügge limanı “DP World”-ə təzminat ödəyəcək

İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz konsessiya müqaviləsi çərçivəsində “DP World”-ə ayrılmış istifadəsiz torpaqların təhvil verilməsinə görə Antverpen-Brügge limanından 44,7 milyon dollar məbləğində təzminat ödəməyi tələb edib. Bundan əlavə, liman faiz və xərcləri ödəyəcək ki, bu da kompensasiyanın həcmini artıracaq.

“Seanews.az”-ın məlumatına görə, 20 il əvvəl Antverpen Limanı İdarəsi “DP World”-ə Deurqank dok sahəsinin şərq hissəsi üçün 42 illik güzəşt verib. Qərb hissəsi “MSC PSA European Terminal” (“MPET”) konteyner terminalının tikintisi üçün “MSC” və Sinqapurun “PSA” şirkətinə ayrılıb.

Daha sonra - 2014-cü ildə, limanın yükaşırma qabiliyyətinin kəskin artması ilə əlaqədar olaraq, “MSC-PSA” limanda fəaliyyətini genişləndirməyə başlayıb və Liman İdarəsi “DP World”-dən istifadə olunmamış torpaqları allb, investisiyanın bir hissəsini ona qaytarıb və torpağı “MSC-PSA”-ya satıb.

Üç il sonra, 2017-ci ildə, “DP World” arbitrajda iddia qaldırıb və limandakı fəaliyyət sahəsini azaltdığı üçün kompensasiya istəyib.

2021-ci ildə İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz, ictimai maraqlara əsaslanaraq, Antverpen Limanının torpağın alınması və üçüncü tərəfə verilməsi ilə bağlı hərəkətinin haqlı olduğuna qərar verib. “Mərkəzin qənaətinə görə, bu, konsessiyaya zidd deyil və liman ictimai maraqlar naminə konsessiyanı dəyişdirmək hüququna malikdir. Ancaq sonra “DP World” üçün kompensasiya məsələsi həll edilməyib", - nəşr yazır."

Antverpen-Brügge limanı məhkəmənin “DP World”-ə təzminat ödəmək qərarına yenidən baxacağını bildirib. Eyni zamanda, onlar qeyd ediblər ki, torpaq transferi beynəlxalq ticarəti “təhlükəsizləşdirib” və “DP World” ilə möhkəm əlaqələri və əməkdaşlığı saxlamaqla, liman ərazisində və onun ətrafında məşğulluğu təşviq edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır