Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“MOL” aktivlərin alınmasına təxminən 400 milyon dollar xərcləyib

Yaponiyanın “Mitsui O.S.K. Lines” (“MOL”) nəqliyyat və logistika qrupunun 100% törəmə şirkəti “MOL Chemical Tankers” (“MOLCT”, Sinqapur) Sinqapurda yerləşən kimyəvi yükdaşıyıcı “Fairfield Chemical Carriers” (“FCC”) şirkətinin bütün payının alınmasını başa çatdırıb.

“Seanews.az” xəbər verir ki, əməliyyatın qiyməti təxminən 400 milyon dollar təşkil edib.

Aktivin alqı-satqısı 2023-cü ilin sentyabr ayının sonunda imzalanmış ilkin səhm köçürmə müqaviləsinə uyğun olaraq tamamlanıb və rəqabət qanunvericiliyinə uyğun olaraq antiinhisar təsdiqini alıb.

Qeyd olunur ki, bu satınalma nəticəsində “MOL Chemical Tankers” dünyanın ən böyük tanker donanması operatorlarından birinə çevrilir. “MOLCT” 81 kimyəvi tankerdən ibarət donanmasını “FCC” şirkətinin 36 oxşar kimyəvi tankeri ilə birləşdirəcək.

“MOL Chemical Tankers” (baş ofis: Sinqapur) müxtəlif maye kimyəvi maddələrin, heyvan və bitki və sürtkü yağlarının tankerlə daşınması ilə məşğuldur. Şirkətin ümumilikdə Sinqapur, Tokio, Kopenhagen, London, Rotterdam, Hyuston, Stanford, Boqota, Dubay, Busan və Şanxayda 11 ofisi var.

“Fairfield Chemical Carriers” (“Fairfield-Maxwell”-ə daxildir) müxtəlif yüklərin dəniz daşınması ilə məşğul olur. Onun ofisləri Sinqapur (qərargah), Wilton (Konektikut, ABŞ), Durban, Rotterdam və Tokioda yerləşir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır