Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

“Seatrium Group” gəmiqayırma qrupu bir sıra əhəmiyyətli silinmələrdən sonra ötən il 1,4 milyard dollar itirib

Sinqapurun “Seatrium Group” gəmiqayırma qrupu bir sıra əhəmiyyətli silinmələrdən sonra 2023-cü ildə 1,9 milyard Sinqapur dolları (1,4 milyard dollar) itirib. Şirkət 2 milyard dolları məbləğində aktivlərin silinməsi, müqavilə müddəaları, hüquqi və korporativ iddialar və birləşmə xərcləri barədə hesabat verib.

“Seanews.az” sənaye portalı xəbər verir ki, “Sembcorp Marine” və “Keppel Offshore & Marine” şirkətlərinin birləşməsi və “Seatrium” gəmiqayırma qrupunun yaradılması nəticəsində 2023-cü ildə mənfəət 3 dəfə artaraq 5,4 milyard dollar təşkil edib. Keçən il 3,3 milyard dollarlıq sifarişlərin alınmasından sonra sifariş kitabının ümumi dəyəri 12 milyard dollar olub.

“Seatrium” açıqlamasında bildirib ki, qrup yeni kreditlər, yenidən maliyyələşdirmə və ticarət maliyyəsi üçün 3,5 milyard Sinqapur dollarından (2,6 milyard dollar) çox vəsait cəlb edib.

Qrup həmçinin, bağlandıqdan sonra öhdəlikləri nəzərə alınmaqla, 135,7 milyon dollar məbləğində antikorrupsiya araşdırması iə əlaqədar Braziliya hakimiyyət orqanları ilə razılığa gəldiyini bildirib. “Seatrium” “Keppel”ə təzminat ödəmək üçün 61,3 milyon dollar ayırıb.

“Seatrium” Sinqapur, Braziliya, Çin, İndoneziya, Yaponiya, Filippin, Norveç, Böyük Britaniya və ABŞ-da gəmiqayırma zavodları və digər istehsal müəssisələrini idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır