Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Baltimor limanında işin dayandırılmasından gündəlik itkilər təxminən 9 milyon dollar təşkil edir

Baltimorda (Meriland ştatı) 15 mindən çox işçinin çalışdığı liman ildə 2,6 milyard dollar gəlir gətirir. Martın 26-da körpünün dağılması səbəbindən liman işləmir. ABŞ-ın ən böyük limanlarından biri olan Baltimorun fəaliyyətinin dayandırılmasından itkilər gündə təxminən 9 milyon dollar təşkil edir.

“Seanews.az” bu barədə “Newsweek”-ə istinadən xəbər verir.

Nyu Yorkdakı Syracuse Universitetinin eksperti Patrik Penfildin sözlərinə görə, insidentlə əlaqədar liman əməliyyatlarının dayandırılması ABŞ-ın “Şərq sahilində təchizat zəncirlərində ciddi fasilələrə” səbəb olacaq: "Bir çox istehsal şirkətləri ondan materialların daşınması üçün istifadə edirlər. Liman işləməsə, ciddi problemlər yaranacaq. Limanın bağlanması yükləri başqa yerlərə, məsələn, Nyu-York limanı və Nyu-Cersi və ya Savanna, Corciya limanlarına yönləndirməyə məcbur edəcək.“

Bununla belə, ekspert bunun "ən azı iki həftə çəkə biləcəyini" - söyləyib.

Xatırladaq ki, Baltimordan Kolomboya üzən Sinqapur bayraqlı konteyner gəmisi “Dali” körpünün dayaq tirinə çırpılıb. “Frensis Skott Key” körpüsünün 1,6 mil (2,57 km) metal arakəsmələri yoldan keçən avtomobillər və körpüdə işləyən işçilərlə birlikdə suya düşüb. Çayın buzlu suyuna düşən 8 nəfərdən ikisi xilas edilib, 6-sı itkin düşmüş hesab olunur. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır