Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-10-08,
Seanews
Heyder Eliyev

Baltimor ticarət gəmiləri üçün alternativ dəhliz açacaq

Amerikanın Baltimor şəhərinin hakimiyyət orqanları Frensis Skott Key körpüsünün dağılmasından sonra ticarət gəmiləri üçün müvəqqəti alternativ marşrutun açılması üzərində işləyir.

“Seanews.az” xəbər verir ki, bu barədə “WTOP” radiostansiyası şəhər limanının kapitanı Devid O'Konellə istinadən məlumat yayıb.

"Bu, Baltimor limanının açılması istiqamətində ilk mühüm addım olacaq. Alternativ marşrutu açmaqla biz Baltimora dənizlə yükdaşımanı dəstəkləyəcəyik", - deyə radiostansiya O'Konnelldən sitat gətirib.

Qeyd edək ki, Sinqapur bayrağı altında üzən “Dali” konteyner gəmisi martın 26-da Merilend ştatının Baltimor şəhərindəki (Meriland ştatı) Frensis Skott Key körpüsünə çırpıldıqdan sonra körpü uçub.

Körpünün uçması nəticəsində limanda işin  dayandırılmasından yükaşırma müəssisəsi gündə təxminən 9 milyon dollar itirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır