Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Norveçdə gəmilərlə balıq ovuna qadağa qoyulmasını tələb edirlər

Norveç Təbiəti Mühafizə Cəmiyyəti (“Naturvernforbundet”) nümayəndələri dəniz milli parkları kimi qorunan ərazilərdə gəmilərlə balıq ovuna qadağa qoyulmasını tələb edirlər.

“Seanews.az” xəbər verir ki, onlar bu tələblərini balıq ovu sənayesinin dənizdə həm balıqları, həm də bütövlükdə ekosistemin əsasını məhv etməsi ilə əsaslandırırlar. 

Qorunan ərazilərdə sənaye üsulu ilə balıq ovuna qadağa qoyulmasının zəruriliyini “Naturvernforbundet”-dən olan dəniz bioloqu Per-Erik Şultze də qeyd edib. Onun sözlərinə görə, qorunan ərazilərdə gəmilərlə balıq ovuna icazə verilməsi absurd görünür, çünki kommersiya növləri ilə yanaşı, digər dəniz sakinləri də tora düşürlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır