Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-27,
Seanews
Heyder Eliyev

Sinqapur şirkəti “yaşıl” marşrutlar yaratmaq üçün 6 Avropa limanı ilə razılığa gəlib

Sinqapurda yerləşən və müntəzəm fider xidmətlər göstərən “X-Press Feeders” şirkəti altı AB dəniz limanı ilə yaşıl marşrutlar yaratmaq üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, Antverpen-Brügge (Belçika), Tallin (Estoniya), Helsinki və Hamina-Kotka (Finlandiya), Riqa (Latviya) və Klaypeda (Litva) limanları ilə bağlanan müqavilə ekoloji cəhətdən təmiz dəniz daşımaları və yükləmə-boşaltma əməliyyatlarının inkişafı və həyata keçirilməsini nəzərdə tutur. 

Sənəd “yaşıl” metanol kimi alternativ yanacaqla gəmilərin təchizatı üçün infrastrukturun inkişafı üzrə iştirakçıların birgə işini - sıfır və ya sıfra yaxın istixana qazı emissiyaları ilə yanacaq tədarükü zəncirlərinin inkişafının təşviq edilməsi; liman işçiləri və dənizçilər üçün alternativ yanacaq növlərinin təhlükəsiz istismarı üzrə əlavə təlim proqramlarının həyata keçirilməsi; gəmi səfərlərini optimallaşdırmaq üçün rəqəmsal platformalardan istifadəni əhatə edir.

Tərəflər arasında əməkdaşlıq iki “yaşıl” dəniz xidmətinin - “Green Baltik X-PRESS” (“GBX”) və “Green Finlandiya X-PRESS”-in (“GFX”) yaradılması ilə başlayacaq.

Xidmətlərin işə salınması 2024-cü ilin üçüncü rübündə planlaşdırılır. Onların Avropada adi dəniz yanacağı ilə müqayisədə 60% az istixana qazı emissiyaları istehsal edən və yaşıl metanolla işləyən gəmilərin xidmət göstərdiyi ilk planlaşdırılmış fider marşrutları olacağı gözlənilir.

Sinqapur operatoru əvvəllər Niderlandın yanacaq təchizatçısı “OCI Global” ilə yaşıl metanolun və ya biometanolun zəmanətli tədarükü üçün müqavilə imzalayıb.

1972-ci ildə yaradılan “X-Press Feeders” (qərargahı Sinqapurda yerləşir) əvvəllər yalnız Cənub-Şərqi Asiyada fəaliyyət göstərməklə kifayətlənirdi. İndi şirkət bütün Asiya, Yaxın Şərq, Afrika, Karib dənizi, Latın Amerikası, Aralıq dənizi və Avropada fəaliyyət göstərir. Şirkətin donanması 100-dən çox gəmidən ibarətdir və tutumu 500 TEU-dan 7000 TEU-a qədər olan bu gəmilər dünyanın 180-dən çox limanına yan alır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır