Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Finlandiya Sayma kanalını su nəqliyyatı üçün bağlayıb

Finlandiya hakimiyyəti birtərəfli qaydada 2024-cü il  aprelin 15-dən Sayma kanalı boyunca Nuiyama vasitəsilə gəzinti gəmilərinin hərəkətini qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlib.

“Seanews.az” Şimal-Qərb Gömrük İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, bundan əlavə Finlandiyanın dövlət sərhədinin Haapasaari və Santio dəniz keçid məntəqələri bağlanacaq.

Sayma kanalı 2063-cü ilə qədər Rusiya hissəsini icarəyə götürən Finlandiyanın ən mühüm nəqliyyat arteriyası hesab olunur.

Qeyd edək ki, ötən ilin aprelində Dövlət Duması Finlandiya ilə Sayma kanalı ilə bağlı sazişi ləğv etməyə çağırıb. Bu təşəbbüs NATO ölkələrinin Rusiya yüklərinin daşınmasına hazırkı qadağa ilə izah olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır