Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Cənubi Koreya dəniz sənayesinə 3,5 trilyon von sərmayə qoyacaq

Cənubi Koreyanın Okeanlar və Balıqçılıq Nazirliyi iqtisadiyyat nazirlərinin fövqəladə iclası zamanı "İdarəetmənin Sabitləşdirilməsi və Dəniz Sənayesinin Yaşam qabiliyyətinin Artırılması Planı"nı açıqlayıb.

“Seanews.az”xəbər verir ki,  hökumət 2030-cu ilə qədər dəniz nəqliyyatı ilə yükdaşımaları həcmini 140 milyon tona çatdırmağı planlaşdırır. Bundan əlavə, konteyner terminallarının tutumunun 2 milyon TEU-ya çatdırılması qərara alınıb.

Dəniz Sənayesinin Rəqabətlik Planı çərçivəsində 2022-ci ilin noyabr ayında elan edilmiş 3 trilyon von dəstək proqramına gəmiçilik şirkətlərinin maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün 3,5 trilyon von əlavə investisiya daxil edilmişdir.

Gəmi tikintisinə dəstək proqramını genişləndirmək üçün investisiya 2 trilyon vondur, 1,1 trilyon von ekoloji cəhətdən təmiz bunker infrastrukturunun yaradılmasına yönəldilmişdir.

Hökumət gəmilərin alınması prosesini asanlaşdırmaq üçün tonaj vergisi sistemini genişləndirməyi planlaşdırır. “Business Korea” xəbər verir ki, milli konteyner daşıma şirkətlərinin saxlama sahələrinin 2030-cu ilə qədər hazırkı 1,2 milyondan 2 milyon TEU-ya çatdırılması üçün dəstək veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır