Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

Yaponiyanın Fukuşima atom elektrik stansiyasından nüvə ilə çirklənmiş suyun okeana axıdılması dayandırılıb.

AZƏRTAC xəbər verir ki, Yaponiya mediasının məlumatına görə, prosesin dayandırılması stansiyanın enerji təchizatı sistemindəki nasazlığın səbəb olduğu elektrik kəsintisi ilə əlaqədardır.

Beynəlxalq Atom Enerjisi Agentliyi məsələ ilə bağlı stansiyada araşdırmaya başlayıb.

Xatırladaq ki, aprelin 21-də Fukuşima AES-in 2011-ci ildəki dağıdıcı zəlzələ və sunami nəticəsində sıradan çıxmış üç reaktorunun soyudulması üçün istifadə olunmuş suyun Sakit okeana axıdılmasının 5-ci mərhələsi başlayıb. Bu mərhələdə okeana 7800 ton suyun buraxılması planlaşdırılır.

Yaponiya hökuməti bəyan edib ki, radioaktiv maddələrdən təmizlənən, lakin tərkibində hələ də tritium (hidrogenin radioaktiv izotopu) olan suda zərərli maddələrin miqdarı standartlardan xeyli aşağıdır və okeanın ekosistemi üçün heç bir təhlükə törətmir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır