Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“AD Ports” Luanda limanında terminalı modernləşdirmək və logistikanı inkişaf etdirmək üçün 251 milyon dollar ayırıb

“AD Ports Group” (BƏƏ) Anqolanın Luanda limanı ilə 20 il müddətinə (daha 10 il müddətinə uzadılma imkanı ilə) konsessiya müqaviləsi imzalayıb ki, bu da ona çoxfunksiyalı terminalın istismarı və modernləşdirilməsi hüququ verir.

“Seanews.az” xəbər verir ki, bu barədə qrupun məlumatında ​​deyilir.

Müqaviləsinin şərtlərinə əsasən, Luanda limanında çoxfunksiyalı kompleksin dərin modernləşdirilməsi həyata keçiriləcək, o cümlədən körpü divarı yenidən qurulacaq, körpü - yükləmə kranları, portal kranlar alınaca, suya oturumu 9,5 metrdən 16 metrə qədər gəmilərin yan ala bilməsi üçün dibdərinləşdirilmə işləri görüləcək. Nəticədə limanın konteyner dövriyyəsi 25 mindən 350 min TEU-ya yüksələcək. Ro-Ro yük sahəsində 40 mindən çox nəqliyyat vasitəsi idarə ediləcək.

“AD Ports” Anqolanın nəqliyyat və logistika şirkətləri “Unicargas” və “Multiparques” ilə də müqavilələr bağlayıb. Onlar 81% paya sahib olan “AD Ports” ilə terminalı idarə etmək üçün birgə müəssisənin (“BM”) yaradılmasını nəzərdə tutur. Qrupun 90% paya sahib olacağı başqa bir birgə müəssisə obyekti idarə edəcək və Anqolada logistika xidmətləri göstərəcək.

“AD Ports Group” terminalın modernləşdirilməsi layihəsi və logistikanın inkişafı üçün 2026-cı ilə qədər 251 milyon dollar ayırıb. İnvestisiya obyektin istismar müddəti ərzində 379 milyon dollara qədər arta bilər.

Luanda limanı hazırda Anqolanın konteyner və ümumi yüklərinin 76%-dən çoxunu idarə edir. Liman əslində Mərkəzi və Qərbi Afrika üçün əsas daşıma mərkəzlərindən biridir.

“AD Ports Group” (BƏƏ) 2006-cı ildə yaradılıb, logistika sahəsində ixtisaslaşıb, liman infrastrukturu, gəmiçilik və bunker biznesinə malikdir və azad iqtisadi zonaları idarə edir. Birləşmiş Ərəb Əmirliklərində 10 terminalı fəaliyyət göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır