Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Danimarka tullantı sularının təmizləyicilərdən dənizə axıdılmasını qadağan edib

Danimarka hökuməti tullantı suların təmizləyici qurğulardan dənizə axıdılmasını qadağan edib.

“Seanews.az” xəbər verir ki, tullantı sularının birbaşa dənizə axıdıldığı açıq dövrəli skrubberlər üçün qadağa 2025-ci il iyulun 1-dən, qapalı dövrəli skrubberlər üçün isə 2029-cu ilin iyulunda qüvvəyə minəcək.

Danimarkanın Ətraf Mühit Nazirliyi bildirib ki, skrubberlərin, xüsusilə də açıq dövrəli təmizləyicilərin istifadəsi dənizdə bir sıra ağır metalları və qatranlı maddələri artırır.  Qadağa nikel hissəciklərinin 20% və antrasen atqılarını 7%-ə qədər azaldacaq.

Bu qərar dəniz mühitinin yaxşılaşdırılması istiqamətində daha bir mühüm addım olacaq. Hələlik qadağa Danimarkanın ərazi sularına şamil edilir, lakin bu ölkə regional dəniz konvensiyaları vasitəsilə Baltik və Şimal dənizlərində də analoji qadağaya nail olmaq niyyətindədir.

Çin, Səudiyyə Ərəbistanı, Sinqapur, Türkiyə və bir sıra başqa ölkələr artıq açıq dövrəli təmizləyicilərinin istifadəsini qadağan edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır