Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Baltimor daşıma kanalı yenidən açılır

ABŞ səlahiyyətliləri Frensis Skott Key körpüsünün dağılmasından bir neçə ay sonra Baltimor limanına əsas daşıma marşrutunun yenidən açıldığını bildirib.

AZƏRTAC “Associated Press” agentliyinə istinadla xəbər verir ki, səlahiyyətlilər yeni açılışın ekipajların Patapsko çayından təxminən 50 min ton polad və beton çıxarılan təmizləmə əməliyyatından sonra olduğunu vurğulayıb.

Xatırladaq ki, martın 26-da Baltimorda Sinqapur bayrağı altında üzən gəmi Frensis Skott körpüsünə çırpılıb. Körpünün çökməsi nəticəsində bir neçə avtomobil metal konstruksiya ilə birlikdə suya düşüb. Ölən altı nəfərin hamısı körpüdə təmir işləri aparan texniki işçilər olub.

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının may ayında açıqladığı ilkin hesabata görə, Merilend ştatının Baltimor şəhərində körpünü vuran və dağıdan yük gəmisi hadisədən əvvəl elektrik enerjisi və hərəkət itkisi ilə üzləşib. Ölkədə ən çox avtomobil və kənd təsərrüfatı texnikası ilə tanınan Baltimor limanı dağıntıların çıxarılması zamanı bir neçə həftə bağlı qalıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır