Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

Çin Şərqi Afrikada balıqçılıq limanları şəbəkəsi yaradacaq

Çinin dövlət şirkəti “China Harbor Engineering Company” 2024-cü ilin sonuna qədər Hind okeanı sahilində - Tanzaniyada (Şərqi Afrika) yeni balıqçılıq limanı inşa edəcək. İnvestisiyaların ümumi həcmi 111 milyon dolları keçəcək və layihənin icrası nəticəsində 30 min birbaşa və dolayı iş yeri açılacaq.

“Seanews.az”  xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Limanda balıq emalı zavodu, 90 tonluq soyuducu qurğu, o cümlədən logistika, təmir və texniki xidmət infrastrukturu olacaq. Layihə “Dəniz İpək Yolu” çərçivəsində həyata keçirilir. Çin limanın tikintisi ilə əhalisinin balıq və dəniz məhsullarına artan tələbatını ödəməyi planlaşdırır.

Proqnozlara görə, 2030-cu ilə qədər ölkədə istehlak 18 milyon tonu ötəcək. Bunu qarşılamaq üçün Çin onlarla Afrika ölkəsi ilə balıqçılıq sahəsində əməkdaşlıq müqavilələri bağlayıb. Məsələn, Çin bankı Qanada 12 balıqçılıq limanının tikintisini maliyyələşdirir. “China Harbour Engineering Company”-nin başqa bir layihəsi Mozambikin Beyra şəhərindəki dağılmış liman obyektlərinin bərpasıdır.

Çin qlobal balıq və dəniz məhsulları bazarında əsas liderlərdən biridir. Bütün dünya ixracının 12%, idxalın isə 11%-i onun payına düşür. Bu göstəricilərə görə Çin birinci və ikinci yerləri tutur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır