Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-26,
Seanews
Heyder Eliyev

“Monjasa Thunder” tankerindən Panama kanalında ilk üzən yanacaq anbarı kimi istifadə olunacaq

Beynəlxalq gəmi yanacağı tədarükçüsü “Monjasa” dedveyti təxminən 20 min ton olan çoxfunksiyalı “Monjasa Thunder” tankerini Panama kanalında yerləşdirib.

“Seanews.az” xəbər verir ki, gəmi bu yaxınlarda şirkətin tapşırıqlarını yerinə yetirdiyi Qərbi Afrika sahillərindən Panamaya gəlib və artıq Balboanın lövbər dayanacağında işləyir.

“Monjasa Thunder” tankerindən Panama kanalında ilk üzən yanacaq anbarı kimi də istifadə olunacaq. Gəmi yanacaq daşınması və logistika ilə məşğul ola bilər.

Qeyd edək ki, “Monjasa Thunder” gəmisi bütün markalı bioyanacaqların saxlanması üçün sertifikatlara malikdir. Bu, “Monjasa”-ya Panama və ətraf bazarlar vasitəsilə bir neçə yanacağın idxal və ixracında iştirak etmək imkanı verir. Təklif edilən məhsullara aşağı kükürdlü (VLSFO) və yüksək kükürdlü (HSFO) mazut və gəmi qazoylu (MGO) daxildir.

Panama kanalında “Monjasa” şirkətinin 7 tankeri işləyir. 2023-cü ildə şirkət Amerikaya 2,9 milyon ton bunker yanacağı tədarük edib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır