Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Bernhard Schulte Shipmanagement” “SEA-LNG “koalisiyasına qoşulub

Gəmilərin idarə edilməsi iüzrə ixtisaslaşan “Bernhard Schulte Shipmanagement” (“BSM”) “SEA-LNG “koalisiyasına qoşulub.

“Seanews.az” xəbər verir ki, “BSM” hazırda 100-dən çox qaz daşıyıcısını idarə edir, onların yarıdan çoxu mayeləşdirilmiş təbii qazı (LNG) nəql edir. Şirkət həmçinin 30-a yaxın iki yanacaqlı LPG gəmisi və iki LNG bunker gəmisini idarə edir.

“SEA-LNG” mətbuat xidmətindən bildirilib ki, yaxın vaxtlarda şirkət yeni gəmilər təhvil alacaq.

Bundan əlavə, “BSM”-nin maye yük simulyatoru (LCS) təlimi üçün özünün xüsusi mayeləşdirilmiş təbii qaz təlim mərkəzi var. Şirkətdə həmçinin LNG istehsalı ilə bağlı məsələlər üzrə konsaltinq xidmətləri göstərən LNG Səlahiyyət Mərkəzi (LCC) fəaliyyət göstərir.

Almaniyadakı “Bernhard Schulte Shipmanagement” şirkətinin idarəedici direktoru Nik Tophamın sözlərinə görə, şirkət LNG-dən gəmi yanacağı kimi istifadə etməyə sadiqdir. "Bu, artıq bir çox gəmilərdə istifadə olunan, sınaqdan çıxmış və texniki cəhətdən inkişaf etmiş bir həlldir", - deyir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır