Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Kanada Arktika suları və Norveç dənizi emissiyaya nəzarət sahələri kimi müəyyən edilib

Beynəlxalq Dəniz Təşkilatının (IMO) Dəniz Ətraf Mühitin Mühafizəsi Komitəsi Kanada Arktika sularını və Norveç dənizini azot, kükürd oksidləri və hissəciklər üçün emissiyaya nəzarət sahələri kimi müəyyən edib.

“Seanews.az” xəbər verir ki, Dəniz Ətraf Mühitin Mühafizəsi Komitəsinin 82-ci sessiyası zamanı MARPOL-un (Gəmilərdən Çirklənmənin Qarşısının Alınması üzrə Beynəlxalq Konvensiya) VI Əlavəsinə əsas düzəlişlər qəbul olunub (MEPC 82).

IMO-nun saytında qeyd edilir ki, Emissiyaya Nəzarət Sahələri azot oksidləri (NOx), kükürd oksidləri (Sox) və hissəciklər (PM) ilə havanın çirklənməsinin qarşısını almaq, azaltmaq və nəzarət etmək üçün xüsusi məcburi gəmi emissiyalarına, habelə onların insan sağlamlığına və ətraf mühitə mənfi təsirlərinə nəzarət tələb olunan ərazilərdir. 

Xatırladaq ki, Dəniz Ətraf Mühitin Mühafizəsi Komitəsinin 82-ci sessiyası 2024-cü il sentyabrın 30-dan oktyabrın 4-dək keçirilib. IMO üzvləri bir sıra ekoloji problemləri, o cümlədən gəmilərdən istixana qazı emissiyalarının azaldılması, dəniz zibili probleminin həlli, ballast suyunun idarə edilməsi və sualtı səs-küyün azaldılması üçün təklif olunan orta müddətli tədbirləri müzakirə ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır