Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

Riqa limanının yük dövriyyəsi azalıb

2024-cü ilin yanvar-sentyabr aylarında Latviyanın Riqa limanının yük dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% azalaraq 13,1 milyon ton təşkil edib.

"Seanews.az" xəbər verir ki, quru yüklərin aşırılması 16,3% azalaraq 6,44 milyon tona düşüb. Konteynerlərin aşırılması isə 10,5% artaraq 364 TEU-ya çatıb.

Yanvar-sentyabr aylarında Riqa limanına kruiz gəmiləri ilə 73,7 min sərnişin gəlib ki, bu da proqnozlaşdırıldığından 7,4% azdır.

Dauqavanın (Qərbi Dvina) hər iki sahilində yerləşən Riqa Sərbəst Limanının ümumi ərazisi təxminən 6,3 min hektar, yanalma körpülərinin uzunluğu 13,8 min metr, gəmilərin maksimum suya oturumu 12,2 metrdir.

2023-cü ildə limanda 18,79 milyon ton yük aşırılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır