Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

“Xing Yuan” gəmisinin sökülməsi işləri davam etdirilir

Pilotsuz uçuş aparatından (PUA) istifadə edən mütəxəssislər Xolmskda (Saxalin vilayəti) “Xing Yuan” gəmisinin sökülməsi üzrə işlərin gedişini yoxlayıblar.

Bu barədə “Seanews.az” vilayətin Nəqliyyat Nazirliyinin “Telegram” kanalına istinadən məlumat verir.

“Bizim göstərişimizə əsasən, işlərin aparıldığı ərazi pilotsuz uçan aparat vasitəsilə yoxlanılıb. Podratçı hazırda gəminin üst konstruksiyasının elementlərini sökür; artıq 80 tondan çox metal qırıntısı zərərsizləşdirilib. Gələcəkdə gövdənin geniş miqyaslı kəsilməsi və utilizasiyası həyata keçiriləcək”, - deyə Saxalin vilayətinin nəqliyyat və yol təsərrüfatı naziri Maksim Joqolev şərh edib.

Qeyd edək ki, Sierra Leone bayrağı altında üzən “Xing Yuan” gəmisi 6 dekabr 2021-ci ildə Xolmsk dəniz limanına yaxınlaşarkən sahildən 50 metr aralıda saya oturub. Bundan sonra bir il ərzində Rusiya  Dəniz Xilasetmə Xidməti zədələnmiş gəmidə xeyli iş aparıb. Gəminin qaldırılması və sökülməsi işlərinə isə 2024-cü ilin oktyabrında başlanılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır