Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-24,
Seanews
Heyder Eliyev

ABŞ limanlara 3 milyard sərmayə qoyacaq

ABŞ-də “Təmiz liman” proqramı çərçivəsində modernləşdirməyə 3 milyard dollar sərmayə qoyulacaq.

Bu barədə “seanews.az” “Splash”-yə istinadən xəbər verir.

Vəsait akkumulyator və hidrogenlə işləyən liman avadanlığının, gəmilərin və onlar üçün quruda enerji təchizatı sistemlərinin, enerji doldurma və günəş enerjisi istehsalı infrastrukturunun alınmasına yönəldiləcək.

Ağ Evdə ümid edirlər ki, limanların modernləşdirilməsi layihənin ilk 10 ilində karbon qazı emissiyalarını 3 milyon tondan çox azaldacaq. Bu, təxminən 400 min ev təsərrüfatının enerji istehlakına bərabərdir.

Başqa bir nəşrə - “Maririme Executive”-yə görə isə ən çox vəsaiti Nyu-York və Nyu-Cersi (344 milyon dollar), Oklend (322 milyon dollar), Merilend (147 milyon dollar), Corciya (49 milyon), Filadelfiya (77,7 milyon), “Şimal-Qərb” (3 milyon), Puerto Riko (1,8 milyon) və Hyuston (3 milyon) limanlarının administrasiyaları alacaqlar.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır