Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-16,
Seanews
Heyder Eliyev

“ICTSI” terminallarında konteyner dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 2% artıb

Filippin terminal operatoru “International Container Terminal Services”-in (“ICTSI”) 2024-cü ilin yanvar-sentyabr ayları üçün xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 31% artaraq 632,58 milyon dollar təşkil edib.

“Seanews.az” xəbər verir ki, liman əməliyyatlarından əldə edilən gəlir 14% artaraq 2 milyard dollar, EBITDA 19% artaraq 1,3 milyard ABŞ dolları olub.

O cümlədən, üçüncü rübdə xalis mənfəət 212 milyon dollar (+24%), liman əməliyyatlarından əldə edilən gəlir 691,7 milyon dollar (+16%), EBITDA — 451,5 milyon dollar (+19%) təşkil edib.

2024-cü ilin yanvar-sentyabr aylarında “ICTSI” terminallarında konteyner dövriyyəsi keçən ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 9,6 milyon TEU-dan çox olub, üçüncü rübdə artım 4% - demək olar ki, 3,3 milyon TEU təşkil edib.

“International Container Terminal Services” (“ICTSI”)  şirkətlər qrupu 1988-ci ildə Manilada (Filippin) yaradılmışdır. Şirkət beynəlxalq limanların idarə edilməsi, inkişafı və istismarı ilə məşğul olan müstəqil konteyner terminalı operatorudur. “ICTSI” hazırda altı qitənin 20 ölkəsində 33 konteyner terminalını idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır