Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

Ayn Sohna limanının akvatoriyası dərinləşdirilib

Misirdə Ayn Sohna limanının akvatoriyasının dərinləşdirilməsi işləri başa çatdırılıb.

“Seanews.az” xəbər verir ki, liman akvatoriyasının iki yeni sahəsində dibdərinləşdirmə işləri aparılıb. Layihə Süveyş kanalının iqtisadi zonasını və onun beynəlxalq gəmiçilik arteriyası kimi imkanlarını yaxşılaşdırmaq üçün limanın genişləndirilməsi proqramı çərçivəsində həyata keçirilib.

Süveyş Kanalı Azad İqtisadi Zonasının Baş Administrasiyası və Misir Nəqliyyat Nazirliyi dəniz mühəndisliyi podratçısı Van Oord ilə akvatoriyanın dibinin dərinləşdirilməsi üçün müqavilə imzalayıb. Çıxarılan torpağın həcmi təxminən 21 milyon kubmetr olub. Layihə 14 aya icra edilib.

Misirin Ayn Sohna limanı Süveyş körfəzinin qərb sahilində, Qahirədən təxminən 120 km şərqdə və Süveyşdən 40 km cənubda yerləşir. Limanın böyük sənaye mərkəzinə çevrilməsi planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır