Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

2024-cü ilin yanvar-oktyabr aylarında Hamina-Kotka limanına 1860 gəmi yan alıb

2024-cü ilin yanvar-oktyabr aylarında Finlandiyanın Hamina-Kotka limanının yük dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,1% azalaraq 11,15 milyon tona düşüb.

“Seanews.az” xəbər verir ki, ixrac yüklərinin aşırılması 8,1% azalaraq 7,2 milyon ton, o cümlədən ixrac toplu yüklərin aşırılması 1,77 milyon ton (-19,2%), maye yüklərin aşırılması 155,3 min ton (-46,6%) olub.

İdxal olunan yüklərin aşırılması 2,1% azalaraq 3 ,94 milyon ton təşkil edib. Bu yüklərin 1,97 milyon tonu (+3,6%) taxta, 355,63 min tonu (+14,8%) toplu yüklər, 892 min tonu (+4%) maye yüklər, 382,38 min tonu (-36,6%) ümumi yüklər olub.

Tranzit daşıma 27,4% azalaraq 1,93 milyon tona, kabotaj yüklərin aşırılması 32,1% azalaraq 131,24 min tona düşüb.

Limanın konteyner dövriyyəsi 479,72 min TEU təşkil edib ki, bu da 4,7% azdır.

Hesabat dövründə limana gözlənildiyindən 2,6% az, cəmi 1860 gəmi yan alıb.

Qeyd edək ki, 2023-cü ildə limanda 14,12 milyon ton yük aşırılmışdı.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır