Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

“HHLA” qrupunun gəliri 8,5% artıb

2024-cü ilin yanvar-sentyabr aylarında “Hamburger Hafen und Logistik AG” (“HHLA”) qrupunun gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 8,5% artaraq 1,18 milyard avro təşkil edib. Qrupun əməliyyat mənfəəti (EBIT) 23,2% artaraq 93,2 milyon avroya, konsolidə edilmiş xalis mənfəəti 1,9 dəfə artaraq 23,1 milyon avroya çatıb.

“Seanews.az” xəbər verir ki, nəticələrə konteyner daşımalarında əhəmiyyətli artım, Hamburq terminallarında daha yüksək saxlama haqları və qrupun Avropa şəbəkəsinin genişlənməsi təsir edib.

Limanın Logistikası bölməsində 2024-cü ilin yanvar-sentyabr aylarında gəlir 1,16 milyon avro (+8,9%), EBIT - 81,5 milyon avro (+31,8%), xalis mənfəət - 16,3 milyon avro (artım 5,3 dəfə) təşkil edib. Konteynerlər seqmentində gəlir 8,2% artaraq 578,1 milyon avroya, EBIT 87,1% artaraq 51 milyon avroya çatıb.

Hesabat dövründə “HHLA”-nın konteyner terminallarında yüklərin aşırılması 0,9% artaraq 4,5 milyon TEU olub. Hamburq terminallarında konteyner dövriyyəsi demək olar ki, əvvəlki ilin səviyyəsində qalıb.

Yanvar-sentyabr aylarında fider gəmilərlə daşımaların payı 19% təşkil edib.

Qrupun 2024-cü ilin doqquz ayı ərzində intermodal daşımaları 8,1% artaraq 1,3 milyon TEU, dəmir yolu daşımaları 10,2% artaraq 1,1 milyon TEU, avtomobil daşımaları isə 4,1% azalaraq 178 min TEU təşkil edib.

“Hamburger Hafen und Logistik” (“HHLA”) Almaniyanın ən böyük liman, nəqliyyat və logistika şirkətidir. Şirkətin Hamburq, Odessa limanlarında terminalları, gəmilər, dəmir yolu və avtomobil nəqliyyatı ilə multimodal daşımalar üçün inkişaf etmiş logistika zənciri var. Hamburqdakı üç terminalı Asiyadan Mərkəzi və Şərqi Avropaya marşrutlar üzrə daşınan yükləri aşırır. Dəmir yolu operatorları Şimal və Baltik dənizlərindəki limanlardan, Mərkəzi və Şərqi Avropanın daxili hissəsindən, həmçinin Adriatik və Türkiyədən konteynerlərin daşınması üzrə xidmətlər göstərir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır